
Amerika məhkəməsi maliyyəçi Ceffri Epşteynin yazdığı iddia edilən intihar məktubunu dərc edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The New York Times” qəzetinin məlumat yayıb.
Nəşrin məlumatına görə, qeyd Epşteynin kamera yoldaşı, dörd nəfəri öldürməkdə ittiham olunan keçmiş polis məmuru Nikolas Tartalyonenin işində olub.
Tartalyone qeydi Epşteynin intihar cəhdindən sonra (2019-cu ilin iyul ayı) bir kitabdan tapdığını və vəkillərinə verdiyini bildirib. O, həmçinin, qeydi Epşteynin intihar cəhdindən bir neçə həftə sonra aşkarladığını əlavə edib.
Qeyd aylarla davam edən nəticəsiz istintaqla bağlı şikayətlə başlayır. Daha sonra vidalaşmaq üçün vaxt seçmək ehtimalından bəhs olunur. “İnsan üçün nə vaxt vidalaşacağını seçə bilməsi böyük nemətdir”, - Epşteyn qeyd edir. Mətn “Əyləncəli deyil - buna dəyməz” ifadəsi ilə yekunlaşır.
Məqalədə qeyd olunur ki, qəzet qeydin məxfiliyini açmaq üçün məhkəməyə ərizə təqdim edənə qədər onu uzun müddət dərc etməyib. Yalnız bundan sonra Nyu-Yorkun Uayt Pleyns şəhərindəki Federal Dairə Məhkəməsi qeydin dərc olunması barədə qərar qəbul edib.
“The New York Times” qəzeti hələlik qeydin həqiqiliyinə dair təsdiqin olmadığını əlavə edib.
Tətbiqimizi yükləyə bilərsiniz