Kaxa Kaladze: "Rusiya qazının Ermənistana tranzit haqqı kommersiya sirridir"

"Prezident Georgi Marqvelaşvilinin Rusiyanın "Qazprom" şirkəti ilə Gürcüstan arasında imzalanan anlaşmanın detalları barədə verdiyi bəyanat hər hansı aruqmentə söykənmir". "Yeniavaz.com"un Nevvs.am saytına istinadən verdiyi məlumata görə, belə bir açıqlama ilə Gürcüstan Baş nazirinin birinci müavini, Energetika naziri Kaxa Kaladze çıxış edib. O deyib ki, prezidentin anlaşma ilə tanış olmaq, onun detallarına aydınlıq gətirilməsini tələb etmək hüququ var: "Amma hər hansı arqumentə əsaslanmayan və mütəxəssis olmayan biri tərəfindən verilən belə açıqlamaları son vaxtlar biz tez-tez eşidirik. Təəssüflər olsun ki, belə şeylər baş verir". Kaxadze "Qazprom"la imzalanan anlaşmanın kommersiya sirri olduğunu və bu tip bütün anlaşmalar üçün bunun normal qəbul edildiyini də söyləyib: "Rusiya qazının Ermənistana tranziti kommersiya sirridir. Hər hansı bir imkan olan kimi mən anlaşmanın detalları barədə məlumat verəcəyəm". O, lazım gələcəyi halda məsələ ilə bağlı parlamentdə deputatların suallarına cavab verməyə hazır olduğunu da qeyd edib.

Xatırladaq ki, ötən həftə Gürcüstanla "Qazprom" şirkəti arasında Rusiya qazının Ermənistana nəqli barədə razılıq əldə edilib. Məlumata görə, Gürcüstan Rusiya qazının Ermənistana nəqli zamanı tranzit haqqı kimi əlavə qaz deyil, pul alacaq. Eyni zamanda zərurət yaranacağı təqdirdə Gürcüstanın Rusiyadan qazı dünya bazarındakı qiymətlərdən 30 dollar aşağı alacağı barədə müddəanın da anlaşmada əksini tapdığı qeyd edilir.

DİGƏR XƏBƏRLƏR

Top