Dünyada enerji ən çox hansı mənbələrdən əldə olunur? – Siyahı


Qlobal enerji sektorunda bərpa olunan mənbələrə keçid sürətlənsə də, kömür dünya üzrə elektrik enerjisi istehsalında lider mövqeyini qoruyur.
Yeniavaz.com
“Forbes”ə istinadən xəbər verir ki, 2025-ci ildə kömür qlobal elektrik istehsalının təxminən üçdə birini təmin edib.
2025-ci ildə dünyada ümumilikdə 31 min 779 teravatt-saat elektrik enerjisi istehsal olunduğu qeyd olunur.
Məlumata görə, 2025-ci ildə istehsal olunan elektrik enerjisinin 57 faizi qazıntı yanacaqlarının payına düşüb. Kömür isə 32,97 faiz göstərici ilə ən böyük enerji mənbəyi olaraq qalıb. İkinci yerdə 21,77 faizlə təbii qaz qərarlaşıb.
Bununla yanaşı, təmiz enerji mənbələrinin payı da artmaqdadır. Bu seqmentdə hidroenerji 14 faizlə lider mövqedədir.
Araşdırmada diqqət çəkən əsas məqamlardan biri isə günəş enerjisinin ilk dəfə külək enerjisini geridə qoymasıdır. Belə ki, günəş enerjisinin payı 8,7 faizə yüksələrək külək enerjisinin 8,5 faizlik göstəricisini ötüb. Analitiklər hesab edir ki, mövcud artım tempi davam edərsə, yaxın onilliklərdə günəş və külək enerjisi birlikdə kömürü geridə qoya bilər.
Nüvə enerjisi də qlobal enerji balansında mühüm rolunu qoruyur. 2025-ci ildə nüvə enerjisinin dünya elektrik istehsalının təxminən 9 faizini təmin etdiyi bilirilir.
2025-ci ildə elektrik enerjisi mənbələrinin paylanması aşağıdakı kimi olub:
Kömür – 32,97 %
Təbii qaz – 21,77 %
Hidroenerji – 14 %
Nüvə enerjisi – 8,85%
Günəş enerjisi – 8,7 %
Külək enerjisi – 8,5 %
Digər minerallar – 2,65%
Digər bərpa olunan mənbələr – 2,5 %


Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top