Yüksək rütbəli “Hizbullah” komandiri öldürüldü


İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Beyrutun cənubundakı Haret Horeyk rayonuna zərbə endirib.
Yeniavaz.com
“Al-Hadath” telekanalına istinadla xəbər verir ki, zərbə nəticəsində “Hizbullah” milisinin “Radvan” xüsusi təyinatlı dəstəsinin komandiri Malek Ballut həlak olub.
Telekanalın məlumatına görə, İsrail təyyarələri Bəhmən Xəstəxanasının yaxınlığında yerləşən binadakı qərargaha üç raket zərbəsi endirib.
M.Ballutla birlikdə hərbi rəhbərliyin bir neçə üzvü də öldürülüb.
Əməliyyatın Baş nazir Benyamin Netanyahu və müdafiə naziri İsrael Katzın təlimatlarına uyğun olaraq həyata keçirildiyi bildirilir.
Telekanalın məlumatına görə, İsrail Hərbi Hava Qüvvələri hava hücumu barədə şəhər sakinlərini əvvəlcədən xəbərdar etməyib. Yüzlərlə sakin İsrailin hava hücumlarına görə, mərkəzi və şərqi Beyruta qaçmağa məcbur olub.
Digər tərəfdən, Netanyahunun ofisi “Radvan”ın rəhbərlik etdiyi terrorçuların İsrail şəhər və kəndlərini atəşə tutmaqda və İsrail Müdafiə Qüvvələrinin əsgərlərinə hücum etməkdə məsuliyyət daşıdıqlarını qeyd edib.
“Hizbullah” təşkilatı da Beyruta hava hücumu nəticəsində “Radvan” komandirinin öldürüldüyünü təsdiq edib.

DİGƏR XƏBƏRLƏR

Top