İran ABŞ-nin təklifinə bu gün cavab verə bilər


Bu gün İranın ABŞ-nin münaqişənin sülh yolu ilə həlli təklifinə cavab verməsi gözlənilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə CNN telekanalı mənbəyə istinadla məlumat yayıb.
Qeyd edək ki, bundan əvvəl İran Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi İsmayıl Bəqayi İranın ABŞ-nin təklifinə cavabının vasitəçi kimi çıxış edən Pakistan tərəfinə göndəriləcəyini bildirmişdi. Digər tərəfdən, “Axios” portalı Vaşinqton və Tehranın silahlı münaqişəyə son qoymaq barədə bir səhifəlik memorandum imzalamağa yaxın olduğunu iddia etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top