
Çempionlar Liqasının son qalibi PSJ ardıcıl ikinci il turnirin finalına yüksəlib.
Yeniavaz.com xəbər verir ki, yarımfinalın ikinci oyununda Fransa təmsilçisi səfərdə “Bayern”lə heç-heçə edib – 1:1.
Üçüncü dəqiqədə Xviça Kvaratsxelianın ötürməsindən sonra Usman Dembele fərqlənib. Almanlar isə əlavə vaxtın dördüncü dəqiqəsində İngiltərə millisinin hücumçusu Harri Keynlə bərabərliyi bərpa ediblər.
Hər iki oyunun nəticəsinə görə (6:5) PSJ finala adlayan tərəf olub.
Xatırladaq ki, 1 həftə əvvəl Parisdə baş tutan görüşdə PSJ 5:4 hesabı ilə qalib gəlmişdi.
Qeyd edək ki, final qarşılaşması mayın 30-da Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək. PSJ-nin rəqibi yarımfinalda “Atletiko Madrid”i mübarizədən kənarlaşdıran “Arsenal” olacaq.
Tətbiqimizi yükləyə bilərsiniz