“İranla razılaşma mayın 14-dək bağlana bilər” − Tramp


ABŞ Prezidenti Donald Tramp may ayının ortalarında, Çinə səfərindən əvvəl, İranla razılığa gələ biləcəyini düşünür.
Yeniavaz.com
xəbər verir ki, o, bunu PBS-ə verdiyi müsahibədə bildirib.
“Bəli, mümkündür”, - o bildirib.
Qeyd edək ki, Trampın Çinə səfəri 14-15 may tarixlərinə planlaşdırılıb.
“Düşünürəm ki, bunun nəticə verməsi üçün çox yaxşı bir şans var və əgər bu baş verməsə, onları yenidən amansızcasına bombalamağa başlamalı olacağıq. Bu qədər sadə”, - ABŞ prezidenti əlavə edib.
Ondan danışıqların mümkün nəticələri ilə bağlı nikbin qalıb-qalmadığı soruşulub:
“Düşünürəm ki, belədir. Amma mən onlarla əvvəllər də belə düşünmüşəm, ona görə də nə olacağını görəcəyik”.
 

DİGƏR XƏBƏRLƏR

Top