Kiyev şəhərinin meri Vitali Kliçko bildirib ki, Ukraynanın Avropa Birliyi (AB) və NATO-ya inteqrasiyadan başqa alternativi yoxdur. "Yeniavaz.com"un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Davosda ukraynalı biznesmen Viktor Pinçukun təşkil etdiyi tədbirdə çıxış edən Kliçko Ukryananın ərazi bütövlüyü məsələsinin hər hansı siyasi alver vasitəsi ola bilməyəcəyini söyləyib: "Mən bu gün bir daha qeyd etmək istəyirəm ki, Ukrayna NATO və AB-yə inteqrasiyadan imtina edə bilməz. Biz Avropa qurumları ilə sıx inteqrasiya tərəfdarıyıq. Bu gün burada Donbasın Krımla dəyişdirilməsi və ya buna oxşar fikirlər eşidildi. Ancaq qəti şəkildə bildirirəm ki, Ukraynanın ərazi bütövlüyü siyasi alver vasitəsi olmayacaq və ola da bilməz. Bu, bizim əsas mövqeyimizdir".