
Macarıstan fevral ayında “Oschadbank”dan müsadirə edilmiş qızıl və vəsaitləri Ukraynaya qaytarıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında Ukrayna Prezidenti Volodimir Zelenski məlumat yayıb.
Paylaşımda Zelenski Budapeştə konstruktiv və mədəni addımına görə təşəkkür edib.
Xatırladaq ki, fevral ayında Macarıstanın Baş naziri Viktor Orban və Volodimir Zelenski Ukraynadan keçən “Drujba” boru kəməri vasitəsilə Rusiya neftinin tədarükünün dayandırılması ilə bağlı mübahisə ediblər. 12 apreldə Orban seçkilərdə uduzub. Qalib Peter Magyar Kiyevlə qarşıdurmanı davam etdirmək niyyətində olmadığını açıq şəkildə bildirib; Drujba boru kəməri vasitəsilə neft tədarükü bir neçə gün sonra bərpa olunub.
Tətbiqimizi yükləyə bilərsiniz