
Prezident İlham Əliyev "Yol hərəkəti haqqında" qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
Yeniavaz.com xəbər verir ki, yeniləniş qanuna əsasən, bundan sonra İnzibati Xətalar Məcəlləsinin 346.1-ci, 346.2-ci, 346.4–346.9-cu, 346-1.1–346-1.4-cü və 346-1.6–346-1.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda tərtib edilmiş inzibati xəta haqqında qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulmayacaq.
Belə ki, indiyədək sözügedən maddələrdə nəzərdə tutulmuş inzibati xətaları törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda inzibati xəta haqqında qərar tərtib edilir və onun surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulurdu.
Tətbiqimizi yükləyə bilərsiniz