
Çeçenistan rəhbəri Ramzan Kadırov UFC döyüşçüsü Həmzət Çimayevin amerikalı Şon Striklendə qarşı titul döyüşündə sekundantı ola bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə amerikalı döyüşçü və keçmiş UFC çempionu Luk Rokhold Ariel Helvani ilə müsahibəsində bildirib.
“Eşitdim ki, Kadırov Çimayevin sekundantı ola bilər. Ona görə, Həmzət özünü maksimum təhlükəsiz hiss edəcək. Görək necə olacaq? Döyüş həftəsi maraqlı keçəcək”, - Rokhold qeyd edib.
Qeyd edək ki, Striklend və Çimayev mayın 10-da Nyu-Cersi ştatında keçiriləcək UFC 328 turnirində orta çəki dərəcəsində UFC titul uğrunda qarşılaşacaqlar.
Xatırladaq ki, 2025-ci ildə Çimayev Cənubi Afrikalı Drikus Du Plessini yekdil qərarla məğlub edərək UFC orta çəki titulunu qazanıb. Beləliklə, Birləşmiş Ərəb Əmirliklərini təmsil edən 31 yaşlı Çimayev MMA-da 15-ci qələbəsini əldə edib. Onun bu günə qədər heç bir məğlubiyyəti yoxdur.
Tətbiqimizi yükləyə bilərsiniz