Kim Çen In vəzifəsində qalacaq


Şimali Koreyanın (KXDR) konstitusiyasına edilən yeni düzəlişlərə uyğun olaraq, Kim Çen In nüvə silahından istifadə etmək səlahiyyəti ilə yenidən dövlət başçısı təyin olunacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, Şimali Koreyanın yeni konstitusiyası Kim Çen Ina Dövlət İşləri (DİS) sədri kimi nüvə silahından istifadə etmək səlahiyyəti verir.
Sənəddə həmçinin xüsusi olaraq ölkənin müharibənin qarşısını almaq məqsədilə nüvə silahı inkişaf etdirməyə davam edəcəyi bildirilir.
Martın 24-də 15-ci çağırış Ali Xalq Məclisinin (SPA) birinci sessiyasındakı əsas nitqində Kim Çen In suveren dövlətlərin hüquqlarının amansızcasına tapdalandığı bir dövrdə nüvəsizləşdirmənin rədd edilməsini düzgün adlandırıb. O, bildirib ki, bu gün ölkənin təhlükəsizliyi heç bir bəyanat və ya müraciətlə deyil, güclə təmin edilir. O həmçinin sülhün də güclə qorunduğunu əlavə edib.
Eyni zamanda, Koreya Mərkəzi Xəbər Agentliyi KXDR-in konstitusiyasının başlığından “sosialist” sözünü çıxarmaq qərarına gəldiyini və sənədin mətnində bir sıra dəyişikliklər etdiyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top