“Arsenal” 55 illik rekordunu təkrarladı


İngiltərənin vitse-çempionu “Arsenal” bir mövsümdə ən çox qələbə üzrə klub rekordunu təkrarlayıb.
Yeniavaz.com
xəbər verir ki, klub buna Çempionlar Liqasının yarımfinalının ikinci oyununda “Atletiko Madrid” üzərində qələbə ilə (1-0) nail olub.
Beləliklə, “Arsenal”ın bütün turnirlərdə qələbələrinin sayı 41-ə çatıb.
Bundan əvvəl London klubu 1970/1971 mövsümündə bu uğuru əldə etmişdi.
Qeyd edək ki, “Arsenal” iki oyunun nəticəsinə görə 2-1 hesabı ilə qalib gələrək, Çempionlar Liqasının finalına vəsiqə qazanıb. “Topçular” finalda “Bavariya” - PSJ matçının qalibi ilə qarşılaşacaq.

DİGƏR XƏBƏRLƏR

Top