
Fransa millisinin və “Real Madrid” klubunun fransalı hücumçusu Kilian Mbappenin komandadan ayrılmasını tələb edən petisiya 11 milyondan çox imza toplayıb.
Yeniavaz.com xəbər verir ki, “Mbappe Out” adl petisiya internetdə geniş əks-sədaya səbəb olub.
Onun İspaniya çempionatının “Barselona” ilə oyundan əvvəl İtaliyaya tətilə getməsi azarkeşlər tərəfindən tənqid olunub.
Fransalı hücumçunun intizam məsələləri ilə bağlı ciddi problemləri olduğu da bildirilir.
“L'Equipe” qəzeti isə bundan əvvəl Mbappenin komandanın oyunçuları ilə münasibətlərinin pisləşdiyini bildirmiş, oyunçuların fransız futbolçunun klubda xüsusi imtiyazlardan istifadə etdiyinə inandıqlarını əlavə etmişdi.
Qeyd edək ki, 27 yaşlı Kilian Mbappe 2024-cü ildən bəri “Real Madrid”də oynayır. Onun əvvəlki klubu Fransanın “Pari Sen Jermen” klubu olub.
Xatırladaq ki, “Real Madrid”in “Barselona” ilə oyunu mayın 10-da keçiriləcək.
Tətbiqimizi yükləyə bilərsiniz