Simonyan “Bakıya getməyə hazıram” dedi – Sahibə Qafarovanı İrəvana dəvət etdi


Ermənistan Parlamentinin spikeri Alen Simonyan Azərbaycana səfər etməyə hazır olduğunu bildirib.
Yeniavaz.com
“News.am” portalına istinadla xəbər verir ki, bu barədə o, jurnalistlərlə söhbətində qeyd edib.
Ermənistan Parlamentinin spikeri rəsmi dəvət ediləcəyi və uyğun bir səbəb olacağı təqdirdə, Bakıya səfər edə biləcəyini ifadə edib.
O, eyni zamanda, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanı da Ermənistana səfərə dəvət edib.

DİGƏR XƏBƏRLƏR

Top