
Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Yeniavaz.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, Tovuz Rayon Məhkəməsində keçirilən son iclasda hökm oxunub.
Hökmə əsasən, H.Vəliyevə qarşı əmlakın məhv edilməsi ilə bağlı ittiham ləğv olunub. O, xuliqanlıqda təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, H.Vəliyev bir il əvvəl həbs olunmuşdu.
Tətbiqimizi yükləyə bilərsiniz