Əziz Yıldırım yenidən “Fənərbağça” prezidentliyinə namizəd oldu


“Fənərbağça”nın keçmiş prezidentlərindən Əziz Yıldırım yenidən kluba rəhbərlik etmək üçün namizdə olacağını açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə o, yerli mətbuata danışıb.
“Fənərbağça”nın gələcəyindən narahat olduğum üçün və azarkeşlərin çağırışına cavab olaraq indiyə qədər ortaya çıxan və gələcəkdə ortaya çıxa biləcək prezidentliyə namizədlərə səslənirəm: “Fənərbağça”nın 120 illik yubileyi üçün prezidentliyə namizədəm. Başda Barış Göktürk və Hakan Safi olmaqla bütün namizədlərə mənə qoşulmağı təklif edirəm. “Fənərbağça” camaatı bu xaotik vəziyyətdən ancaq birlik və birliyi gücləndirməklə çıxa bilər. “Fənərbağça”da təcrübə və gənclik birlikdə çalışsa, heç kim yolumuzda dura bilməz. Gəlin birləşək, birlikdə olaq və “Fənərbağça”mızı birlikdə gözəl gələcəyə aparaq”, - deyə Yıldırım bildirib.
Qeyd edək ki, Əziz Yıldırım 1998–2018-ci illərdə “Fənərbaxça”nın prezidenti vəzifəsini icra edib.

DİGƏR XƏBƏRLƏR

Top