Ad seçimi ilə cinayətə meylliliyin hansı əlaqəsi var?


Populyar olmayan adlara sahib yeniyetmələrin cinayət törətməyə daha meylli ola biləcəyi müəyyən edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Social Science Quarterly” jurnalında dərc olunan araşdırmada qeyd olunur.
Araşdırma zamanı yetkinlik yaşına çatmayan kişi cinayətkarların adları ümumi əhali arasında olan yeniyetmə oğlanların adları ilə müqayisə edilib. Alimlər hər bir ad üçün xüsusi populyarlıq indeksi hazırlayıb. Məsələn, müəyyən dövrdə ən çox qoyulan ada 100 bal verilib, digər adlar isə yayılma səviyyəsinə görə daha aşağı bal alıb.
Nəticədə məlum olub ki, daha az rast gəlinən, yəni nadir adlara sahib yeniyetmələr arasında cinayət halları daha çox müşahidə olunur. Bu əlaqənin həm qaradərili, həm də ağdərili yeniyetmələrə aid olduğu bildirilib.
Tədqiqatçılar vurğulayırlar ki, adın özü birbaşa cinayətin səbəbi deyil. Lakin populyar olmayan adlar əlverişsiz ailə mühiti, aşağı sosial-iqtisadi şərait və tək valideynli ailədə böyümə kimi risk faktorları ilə əlaqəli ola bilər. Bundan əlavə, nadir ad daşıyan yeniyetmələrin həmyaşıdları tərəfindən fərqli münasibətlə qarşılaşması onların sosial münasibətlərində çətinlik yarada, bu isə riskli davranışlara meyli artıra bilər. Bəzi hallarda yeniyetmələr adlarını bəyənmədikləri üçün şüurlu və ya şüursuz şəkildə mənfi davranışlar nümayiş etdirə bilərlər.

DİGƏR XƏBƏRLƏR

Top