
İranın Hörmüz boğazını blokadaya alması nəticəsində ən azı 10 dənizçi həlak olub.
Yeniavaz.com “Fox News” telekanalına istinadla xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib.
“Mülki şəxslərin hərəkətləri nəticəsində artıq ən azı 10 dənizçi həlak olub”, - Rubio qeyd edib.
ABŞ Dövlət Katibi dənizçilərin asan hədəfə çevrildiklərini bildirib. O, ABŞ-nin Hörmüz boğazında qalanlara kömək edəcəyini əlavə edib.
Qeyd edək ki, Rubio bundan əvvəl İran rejimi tərəfindən Körfəzdə qalmış “Azadlıq layihəsi”nin 87 ölkədən 23 min mülki şəxsi xilas edəcəyini bildirmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz