Tramp “Azadlıq Layihəsi”ni dayandırır


ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazında gəmilərin müşayiət edilməsini həyata keçirən “Azadlıq Layihəsi”nin qısa müddət üçün dayandırılacağını bildirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə o, “Truth Social” sosial şəbəkə səhifəsində qeyd edib.
Tramp bu qərarın İranla müqavilənin yekunlaşdırılmasının və imzalanmasının mümkünlüyünü qiymətləndirmək üçün qəbil edildiyini bildirib.
Tramp həmçinin bu qərarı Pakistanın və digər ölkələrin xahişi, İrana qarşı kampaniyada əldə edilən hərbi uğur və İran nümayəndələri ilə tam və yekun razılaşma istiqamətində irəliləyişlə izah edib.
“Qarşılıqlı razılığa gəldik ki, blokada qüvvədə qalmaq şərti ilə, hazırda tam fəaliyyətdə olan “Azadlıq Layihəsi” razılaşma yekunlaşana və imzalanana qədər qısa müddətə dayandırılsın”, - Amerika lideri bildirib.

DİGƏR XƏBƏRLƏR

Top