Çavuşoğlunun qardaşı ofisində güllələndi


Keçmiş xarici işlər naziri və AKP milət vəlkili Mövlud Çavuşoğlunun qardaşı iş adamı Aydın Çavuşoğlu ofisində güllələnib.
Yeniavaz.com
Türkiyə KİV-ə istinadla xəbər verir ki, dünən gecə A.Çavuşoğlunun yanacaqdoldurma məntəqəsindəki ofisindən silah səsləri eşidilib.
Məlumatdan sonra əraziyə təcili tibbi yardım heyətləri göndərilib. Ağır yaralanan A.Çavuşoğlu xəstəxanaya aparılıb və ilkin tibbi yardımdan sonra əməliyyat olunub. A.Çavuşoğlu əməliyyatdan sonra reanimasiyaya yerləşdirilib.  
Xəstəxanadan alınan son məlumata görə, iş adamının vəziyyəti kritik olaraq qalır.
Hüquq-mühafizə orqanları hadisənin baş verdiyi ofisdə və yanacaqdolurma məntəqəsində araşdırma aparır.
AKP millət vəkili Mövlud Çavuşoğlunun xaricdə olduğu və tezliklə Türkiyəyə qayıdacağı bildirlir.
Çavuşoğlunun vəziyyəti ilə bağlı rəsmi açıqlama gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top