
Türkiyənin Kocaeli vilayətində yaşayan Sebahat Ok adlı qadın TikTok-da açdığı canlı yayımda həyat yoldaşı tərəfindən zorakılığa məruz qaldığını iddia edib.
Yeniavaz.com “Sözcü” qəzetinə istinadən xəbər verir ki, görüntülərin sosial şəbəkələrdə yayılmasından sonra polis əməkdaşları hərəkətə keçiblər.
Ünvana gedən hüquq-mühafizə orqanları araşdırma aparıb və hadisənin iddia edildiyi kimi olmadığı müəyyən edilib.
Aparılan yoxlama zamanı qadının daha çox izlənmə və baxış əldə etmək məqsədilə özünü yaraladığı ortaya çıxıb. O, hadisənin qurama olduğunu etiraf edib.
Sebahat Ok ictimaiyyəti yanıltmaqda ittiham olunaraq saxlanılıb. Polis bölməsində aparılan prosedurlar başa çatdıqdan sonra o, Gebze Ədliyyə İdarəsinə təhvil verilib.
Tətbiqimizi yükləyə bilərsiniz