Çempionlar Liqasının ilk finalçısı məlum oldu – Video


İngiltərənin “Arsenal” komandası Çempionlar Liqasının yarımfinalının ikinci oyununda İspaniyanın “Atletiko Madrid” komandasını 1:0 hesabı ilə məğlub edib.
Yeniavaz.com
xəbər verir oyun Londondakı “Etihad” stadionunda baş tutub.
Yeganə qolu 44-ci dəqiqədə Leandro Trossardın ötürməsi ilə Bukayo Saka vurub. Komandalar arasında ilk oyun heç-heçə (1:1) ilə başa çatıb.
Finalda “Arsenal” Fransanın “Pari Sen Jermen” və Almaniyanın “Bavariya Münhen” komandaları arasında keçirilən matçın qalibi ilə qarşılaşacaq. İlk oyun Paris klubunun 5-4 hesablı evdəki qələbəsi ilə başa çatıb. Cavab oyunu isə bu gün Münhendə keçiriləcək.
Qeyd edək ki, “Arsenal” tarixində ikinci dəfə Çempionlar Liqasının finalına yüksəlib. Komanda ilk dəfə 2006-cı ildə “Barselona”ya 2-1 hesabı ilə məğlub olub.
Xatırladaq ki, Çempionlar Liqası Avropanın ən aparıcı klub yarışıdır. Hazırkı çempion PSJ-dir. “Real Madrid” ən çox titul rekorduna (15) malikdir.
Çempionlar Liqasının həlledici final oyunu mayın 30-da Budapeştdə keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top