
İranın paytaxtı Tehranda yerləşən “Ərgüvan Ticarət Mərkəzi”ndə yanğın baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
Yanğının səbəbi və ya ölənlərin olub-olmaması ilə bağlı hələlik rəsmi açıqlama verilməsə də, Tehran əyalətinin Təcili Yardım Xidməti yaralıların sayının 26-ya çatdığını açıqlayıb.
Yaralılardan 25-nə hadisə yerində tibbi yardım göstərilib, bir nəfər isə xəstəxanaya aparılıb.
Tətbiqimizi yükləyə bilərsiniz