İran Hörmüz boğazından gəmilərin keçidi üçün yeni mexanizm elan etdi


İran hakimiyyəti Hörmüz boğazından gəmilərin tranziti üçün yeni bir sistemin hazırlandığını və tətbiq olunduğunu elan edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İslam Respublikasının dövlət televiziyası məlumat verib.
Məlumata görə, Hörmüz boğazından keçmək niyyətində olan gəmilər indi İran hakimiyyət orqanlarına xəbər verdikdən sonra boğazdan keçmə qaydaları barədə məlumat verən elektron mesaj almalıdırlar. Yeni İran qaydalarını qəbul etməklə gəmilər Hörmüz boğazından keçmək üçün tranzit icazələri alırlar.
Qeyd olunur ki, bu cür icazələr yeni bir orqan tərəfindən veriləcək.
 

DİGƏR XƏBƏRLƏR

Top