
Moskvanın mərkəzində, Zubovski bulvarında, “Park Kulturı” metro stansiyasının yaxınlığında ciddi qəza baş verib.
Yeniavaz.com Rusiya mətbuatına istinadən xəbər verir ki, nömrə nişanı olmayan “Ferrari” işıqfora çırpılıb.
Bildirilir ki, 30 milyon rubldan çox dəyərində olan idman avtomobilini Azərbaycan əsilli reper Navai (Nəvai Bəkirov) idarə edib.
Hadisə yerindən çəkilmiş görüntülərdə bahalı avtomobilin hissələrinin yol kənarına səpələndiyi görünür. Şahidlərin sözlərinə görə, bahalı avtomobilin içərisində başqa bir nəfər də olub.
Zubovski bulvarında baş verən ağır qəza təxminən iki kilometrə qədər uzanan böyük tıxaca səbəb olub.
İlkin məlumatlara görə, heç kim xəsarət almayıb.
Tətbiqimizi yükləyə bilərsiniz