
ABŞ-də keçiriləcək FIFA Dünya Kubokunun təqdimat videosu yayımlanıb.
Yeniavaz.com xəbər verir ki, videoda Braziliyaya qarşı turnirin final matçında ABŞ-li yarımmüdafiəçi Kristian Pulişiç 96-cı dəqiqədə künc zərbəsindən birbaşa zərbə ilə qələbə qolunu vurur və hesab 2-2 olur.
Daha sonra bütün ölkə milli komandanın qələbəsini qeyd edir, küçələrdə kütləvi şənliklər və paradlar keçirilir.
Videoda daha sonra dünya idman əfsanələrinin qonaq çıxışları yer alır: Amerika futbolunun əfsanəsi Tom Bredi, mərcdə uduzan keçmiş “Barselona” və “İnter” hücumçusu Zlatan İbrahimoviçin saçını qırxır. İkisi qısa bir dialoqa başlayırlar. “Sənə demişdim ki, qalib gələcəyik”, - Bredi zarafatla bildirir.
Amma isveçli yeni saç düzümündən o qədər də narahat deyil və “Zlatan hələ də yaraşıqlıdır” deyə cavab verir. Tom qısaca “Xeyr” deyə cavab verir.
Tətbiqimizi yükləyə bilərsiniz