Qayınana və qayınatanın rəğbətini necə qazanmaq olar? – Araşdırma


Qayınana və qayınatanın rəğbətini qazanmağın ən uğurlu yolu müəyyən edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Human Nature” jurnalında dərc olunan araşdırmada bildirilib.
Tədqiqata əsasən, valideynlərin rəğbətini qazanmağın ən effektiv yolu onların övladı üçün düzgün seçim olduğunuzu nümayiş etdirməkdir. Yəni əsas məsələ maddi jestlər deyil, münasibətdə ciddi, məsuliyyətli və etibarlı yoldaş olduğunuzu göstərməkdir.
Araşdırma üç mərhələdə aparılıb. Birinci mərhələdə 106 iştirakçı açıq suallardan ibarət anketi cavablandırıb. Onlara partnyorlarının valideynlərinin rəğbətini qazanmaq üçün hansı üsullardan istifadə etdikləri barədə sual verilib.
Nəticədə ümumilikdə 41 fərqli davranış müəyyən edilib. Bu davranışlara şam yeməyinə dəvət etmək, hədiyyə almaq, özünü müdafiə etmək və uyğun həyat yoldaşı olduğunu göstərmək kimi addımlar daxil edilib.
İkinci mərhələdə 738 nəfərin iştirakı ilə bu davranışlar yeddi əsas taktika üzrə qruplaşdırılıb. Ən çox istifadə olunan yanaşma “Mən sizin uşağınız üçün doğru seçiməm” strategiyası olub.
Araşdırmanın üçüncü mərhələsində isə 414 valideyn arasında sorğu keçirilib. Nəticələr göstərib ki, ən effektiv üsullar məhz özünü düzgün seçim kimi təqdim etmək və qarşıdurmadan qaçmaqdır. Əksinə, hədiyyə və dəvətlərlə yaxınlaşmaq və ya partnyordan valideynləri razı salmasını istəmək daha az təsirli hesab olunub.
Tədqiqat həmçinin göstərib ki, analar bu cür təsir üsullarına atalara nisbətən daha həssas yanaşırlar.

DİGƏR XƏBƏRLƏR

Top