Prezidentin rektor təyin etdiyi Nurəli Yusifbəyli kimdir? – Dosye


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Nurəli Adil oğlu Yusifbəyli Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilib.
Yeniavaz.com
N. Yusifbəylinin dosyesini təqdim edir:
O, 28 mart 1963-cü ildə anadan olub. 1980-ci ildə Kiyev Politexnik İnstitutunun (hazırda Kiyev Texniki Akademiyasının) Elektroenergetika fakültəsinin əyani şöbəsinə daxil olub, 1986-cı ildə həmin institutu “Elektrik Sistemlərinin Kibernetikası” ixtisası üzrə bitirib.
1986–1989-cu illərdə Sumqayıt 1 saylı İstilik Enerji Mərkəzində elektrik montyoru, elektrik sexinin və elektrik stansiyasının növbə rəisi vəzifələrində, 1989–1993-cü illərdə “Azərenerji” Dövlət Şirkətində dispetçer, böyük dispetçer vəzifələrində çalışıb.
1993–2001-ci illərdə “Azərenerji” ASC Mərkəzi Dispetçer Xidmətinin rəisi, baş dispetçer, baş mühəndisin müavini vəzifələrində, 2001–2002-ci illərdə “Azərenerji” ASC “Enerjinin ötürülməsi” İstehsalat Birliyinin baş direktorunun müavini vəzifəsində çalışıb.
2002–2009-cu illərdə “Azərenerji” ASC Mərkəzi Dispetçer İdarəsinin rəisi, 2009–2012-ci illərdə “Azərenerji” ASC “Azərbaycan Elmi–Tədqiqat və Layihə Axtarış Energetika İnstitutu”nun direktoru vəzifələrində çalışıb.
2012-ci ildən Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin baş məsləhətçisi, nazirin müşaviri, 2014-cü ildən Azərbaycan Respublikası İqtisadiyat və Sənaye Nazirliyinin Strateji planlaşdırma şöbəsinin müdiri vəzifələrində çalışıb.
2015-ci il 13 mart tarixindən Azərbaycan Respublikası Prezidentinin 11101 nömrəli Sərəncamı ilə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi sədrinin müavini vəzifəsinə təyin edilib.
Prezidentin 2020-ci il 22 sentyabr tarixli 1159 nömrəli Sərəncamı ilə vəzifəsindən azad edilib.
Daha sonra Azərbaycan Respublikası Təhsil Nazirinin müvafiq əmri ilə 2021-ci ilin 18 yanvar tarixindən AzTU-nun tədris işləri üzrə prorektoru təyin olunub.
Ailəlidir, iki övladı var.

DİGƏR XƏBƏRLƏR

Top