“Real” azarkeşləri Mbappenin klubdan getməsini tələb edir?


İspaniyanın “Real Madrid” klubunun azarkeşləri klub rəhbərliyini fransız hücumçu Kilian Mbappenin komandadan getməsini tələb etməyə çağıran petisiya hazırlayıblar.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Actu Foot” portalı məlumat yayıb.
Məlumata görə, petisiya cəmi bir saat ərzində 70 000-dən çox imza toplayıb. Hazırda petisiyada 142 000-dən çox imza var.
Qeyd edək ki, “L'Equipe” qəzeti bundan əvvəl Mbappenin komandanın oyunçuları ilə münasibətlərinin pisləşdiyini bildirmişdi. Qəzetin məlumatına görə, “Real Madrid” oyunçuları fransız futbolçunun klubda xüsusi imtiyazlardan istifadə etdiyinə inanırlar.
Xatırladaq ki, 27 yaşlı Mbappe 2024-cü ildən bəri “Real Madrid”də oynayır. Bu mövsüm hücumçu 41 oyunda 41 qol vurub və 6 məhsuldar ötürmə edib.
Mbappe “Real Madrid"lə İspaniya Super Kubokunu və Qitələrarası Kuboku qazanıb. O, həmçinin Fransa millisi ilə Dünya Kubokunu və Millətlər Liqasını qazanıb.

DİGƏR XƏBƏRLƏR

Top