
Çexiya hökuməti ev heyvanlarının öldürülməsini cinayət hesab edən qanun layihəsini təsdiqləyib.
Yenavaz.com xəbər verir ki, bu barədə ČTK xəbər agentliyi sənaye və ticarət naziri Karel Havliçekə istinadla məlumat yayıb.
Onun sözlərinə görə, ev heyvanlarının qəsdən öldürülməsi inzibati xətadan cinayət əməlinə çevriləcək.
Qanun layihəsinə əsasən, bu cinayət bir ilə qədər həbs cəzası nəzərdə tutur.
Sənəd təsdiq üçün Çexiya parlamentinin Deputatlar Palatasına (aşağı palata) təqdim edilib.
Tətbiqimizi yükləyə bilərsiniz