Ermənistan və Fransa strateji tərəfdaşlıq haqqında bəyannamə imzaladılar


Ermənistan və Fransa strateji tərəfdaşlığın qurulması haqqında bəyannamə imzalayıblar.
Yeniavaz.com
“Armenpress” agentliyinə istinadla xəbər verir ki, bəyannaməni Ermənistanın Baş naziri Nikol Paşinyan və Fransa Prezidenti Emmanuel Makron imzalayıb.
Bəyannamənin imzalanması Emmanuel Makronun Ermənistana dövlət səfəri zamanı baş tutub.
Sənədin imzalanmasından əvvəl prezident sarayında Ermənistanın baş naziri Nikol Paşinyan və Fransa prezidenti Emmanuel Makron arasında görüş keçirilib.

DİGƏR XƏBƏRLƏR

Top