Tikinti materiallarının qiyməti son bir ildə necə dəyişib? – Siyahı


Son bir ildə əsas tikinti materiallarının qiymətində artım qeydə alınıb.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, qiyməti ən çox bahalaşan plastik pəncərə olub.
Plastik pəncərənin qiyməti son bir ildə 8% artıb. Belə ki, ötən ilin mart ayında 1 kv. metrinin orta qiyməti 113 manat olan plastik pəncərə bu ilin mart ayında 122 manata yüksəlib. Bundan başqa, son bir ildə elektrik naqili 7,3%, sement, kanalizasiya borusu və lambrin isə 6,3% bahalaşıb.
Son bir ildə ən çox ucuzlaşan isə alçipan olub. Alçipanın 1 kv. metrinin orta satış qiyməti ötən ilin mart ayında 5,6 manat olduğu halda, bu ilin mart ayında 4,6 manata düşüb.
Məlumat üçün bildirək ki, bəzi əsas tikinti materiallarının son bir ildəki qiymətləri belə olub:


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top