Azərbaycana 12 ölkədən 252 min dollara 1,6 milyon oyun kartı gətirilib


Bu ilin ilk 2 ayında Azərbaycana xarici ölkələrdən 113,6 min dollar dəyərində 328 min 455 ədəd oyun kartı idxal edilib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ölkəyə gətirilən oyun kartlarının bir ədədinin orta gömrük dəyəri 59 qəpik (35 sent) olub.
Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə ölkəyə xaricdən daha çox – 445 min 142 ədəd oyun kartı gətirilib.
Qeyd edək ki, oyun kartları Azərbaycana əsasən Çin və Vyetnamdan idxal edilib. Bu ilin ilk 2 ayında Çindən 202 min 374 ədəd, Vyetnamdan isə 126 min ədəd oyun kartı gətirilib. Bunlardan başqa Rusiyadan 55, İtaliyadan 21, ABŞ-dən isə 5 ədəd oyun kartı alınıb.
Çindən alınan oyun kartlarının bir ədədinin orta gömrük dəyəri 28 qəpik, Vyetnamdan 1 manat 6 qəpik, Rusiyadan 10 manat 50 qəpik, İtaliyadan 44 manat 30 qəpik, ABŞ-dən alınan oyun kartlarının bir ədədinin orta gömrük dəyəri isə 6 manat 80 qəpik olub.
Onu da bildirək ki, ötən ilin yekununda Azərbaycana 12 ölkədən ümumi dəyəri 251,8 min dollar olan 1 milyon 553 min 933 ədəd oyun kartı gətirilib.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top