Tramp İranla münaqişəni “mini-müharibə” adlandırdı


ABŞ Prezidenti Donald Tramp İranla münaqişəni “müharibə”, daha sonra “mini-müharibə” adlandırıb.
Yeniavaz.com
“NBC News” telekanalına istinadla xəbər verir ki, o, bu barədə Ağ Evdə keçirilən kiçik və orta sahibkarlıqla bağlı tədbirdə çıxışı zamanı danışıb.
“Onlar İranla müharibə ilə bağlı sorğu keçiriblər və bildiriblər ki, insanların yalnız 32%-i bunu bəyənib. Mən də bunu bəyənmirəm, müharibəni heç sevmirəm. Biz İranla mini-müharibə adlandırdığım bir vəziyyətdəyik”, - Tramp qeyd edib.
Ancaq Tramp sorğunun kim tərəfindən aparıldığı barədə məlumat verməyib.
Qeyd edək ki, Tramp əvvəllər bu münaqişəni müharibə adlandırmamağı məsləhət görmüşdü.

DİGƏR XƏBƏRLƏR

Top