
“Rusiya, Prezident Vladimir Putinin qərarından sonra Ukrayna ilə 2 günlük atəşkəs elan edir”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, atəşkəs iki gün - 8 və 9 may 2026-cı il tarixlərində davam edəcək.
“Ukrayna tərəfinin də eyni addımı atacağını gözləyirik”, - nazirlik vurğulayıb.
Qeyd edilib ki, əgər Ukrayna Qələbə Günü paradını pozmağa cəhd edərsə, Rusiya qüvvələri Kiyevin mərkəzinə cavab olaraq kütləvi raket zərbəsi endirəcək:
“İmkanlarımıza baxmayaraq, Rusiya əvvəllər humanitar səbəblərdən bu cür hərəkətlərdən çəkinib. Biz Kiyevin mülki əhalisini və xarici diplomatik nümayəndəliklərin əməkdaşlarını şəhəri təcili olaraq tərk etmələrinin vacibliyi barədə xəbərdar edirik”.
Tətbiqimizi yükləyə bilərsiniz