
“İnter Milan”ın baş məşqçisi Kristian Çivunun müqaviləsinin uzadılması son mərhələdədir.
Yeniavaz.com xəbər verir ki, bu barədə jurnalist və insayder Nikolo Şkira sosial media hesabında məlumat yayıb.
Bildirilib ki, son detallar dəqiqləşdirilir və müqavilənin mövsümün sonunda imzalanması gözlənilir.
Yeni müqavilə 2028-ci ilə qədər qüvvədə olacaq və illik 4 milyon avro maaş, üstəgəl bonuslar və 2029-cu ilə qədər uzatma imkanı olacaq.
Qeyd edək ki, Kristian Çivu 2025-ci ilin iyun ayında “İnter Milan”ın baş məşqçisi təyin edilib. Rumıniyalı məşqçinin hazırkı müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədərdir.
Tətbiqimizi yükləyə bilərsiniz