Amsterdamda ət və avtomobil reklamı qadağan edildi


Amsterdam dünyada ət və yanacaq məhsullarının reklamını qadağan edən ilk paytaxt olub.
Yeniavaz.com
“BBC News”ə istinadən xəbər verir ki, 1 may tarixindən etibarən bu cür mal və xidmətlərin, o cümlədən burgerlərin, avtomobillərin və təyyarə biletlərinin reklamı ictimai yerlərdə qadağan edilib.
Nəşr qeyd edib ki, indi reklam lövhələrində, ictimai nəqliyyatda və avtobus dayanacaqlarında muzeylər və konsertlər reklam olunur.
Qeyd olunur ki, qadağa yalnız yerli hakimiyyət orqanlarına məxsus reklam məkanlarına aiddir. Məsələn, çap və rəqəmsal mediaya və ya özəl mağazalara şamil edilmir.
Bu yolla şəhər hakimiyyəti 2050-ci ilə qədər istixana qazı tullantılarının minimuma endirilməsi və ət istehlakının yarıya endirilməsi kimi milli məqsədlərə çatmağa kömək etməyi hədəfləyir.
Xatırladaq ki, Niderlandda ictimai yerlərdə ət və qazıntı yanacaq məhsullarının reklamını məhdudlaşdıran ilk şəhər Haarlem olub. Qadağa 2024-cü ildə qüvvəyə minib. Oxşar qadağalar daha sonra ölkənin digər şəhərlərində də qəbul edilib. 

DİGƏR XƏBƏRLƏR

Top