
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin vitse-prezidenti Cövdət Yılmazın İrəvanda keçirilən Avropa Siyasi Birliyi Zirvə Toplantısında iştirakını xüsusilə qeyd edib.
Yeniavaz.com xəbər verir ki, yekun brifinqdə Paşinyan Aİ-yə əməkdaşlığına və sammitin birgə təşkilatçılığına görə təşəkkür edib.
“Mən həmçinin onlayn formatda iştirakına görə Azərbaycan Prezidentinə və sülh prosesləri və regional əməkdaşlıq baxımından iştirakına görə Türkiyənin vitse-prezidentinə minnətdaram. Bu, sülh prosesinin inkişafı və regional əməkdaşlıq kontekstində çox mühümdür”, - Paşinyan deyib.
Müzakirələrin məzmunu barədə danışan Paşinyan qeyd edib ki, artan qlobal çətinliklər sülh və sabitliyin təmin edilməsi üçün dialoqun gücləndirilməsini və praktik həllərin hazırlanmasını tələb edir. Onun sözlərinə görə, iştirakçılar Cənubi Qafqazda sülh, açıq sərhədlər, regional və ümumavropa əlaqələrinin gücləndirilməsi məsələlərini müzakirə ediblər.
Tətbiqimizi yükləyə bilərsiniz