
“Isuzu Saz NP 37” markalı, 10-TG-738 nömrəli dövlət qeydiyyat nişanlı avtobus hərrac vasitəsilə satışa çıxarılıb.
Yeniavaz.com xəbər verir ki, icra məmurlarının sifarişi əsasında hərraca çıxarılan avtobusun buraxılış ili 2011-ci ildir.
Hərrac ilə bağlı paylaşılan elanda diqqət çəkən məqamlardan biri odur ki, tamamilə yararsız vəziyyətdə olan avtobusun ilkin bazar qiyməti 300 manat müəyyən olunsa da, cərimə meydançasında saxlanma xərcinin 3 000 manat olduğu qeyd olunub. Bundan başqa, sadəcə dəmir konstruksiyası qalan avtobusun 1 382 manat da inzibati cəriməsinin olduğu bildirilir.
Açıqlanan məlumatlardan belə görünür ki, dəmir konstruksiyadan başqa heç nəyi (təkər, motoru, pəncərələri, oturacaqları və s.) olmayan avtobusu əldə etmək üçün ən azı 4 700 manat ödəniş etmək lazımdır.




Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz