
İran bazar ertəsi günü ABŞ hərbi gəmisinin Hörmüz boğazına daxil olmasının qarşısını aldığını bildirib.
Yeniavaz.com “Reuters” agentliyinə istinadla xəbər verir ki, bunu İranın yüksək vəzifəli rəsmisi açıqlayıb.
O, İranın xəbərdarlıq atəşi açdığını və hərbi gəmiyə ziyan dəyib-dəymədiyinin məlum olmadığını bildirib.
İranın yarı-rəsmi “Fars” xəbər agentliyi iki raketin boğazın cənub girişindəki Cask limanı yaxınlığındakı hərbi gəmiyə dəydiyini qeyd edib.
“Fars” agentliyi hərbi gəminin zərbələrdən sonra kursunu davam etdirə bilmədiyini və geri çəkilməyə məcbur olduğunu əlavə edib.
Ancaq ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) raket zərbəsi barədə məlumatı təkzib edib və heç bir hərbi gəminin vurulmadığını bildirib.
CENTCOM həmçinin bildirib ki, ABŞ Hərbi Dəniz Qüvvələri ABŞ-İsrail müharibəsi nəticəsində körfəzdə qalan ticarət gəmilərini yol göstərmək məqsədi ilə Prezident Donald Trampın “Azadlıq Layihəsi” əməliyyatını həyata keçirir və İran limanlarının dəniz blokadasını tətbiq edir.
Tətbiqimizi yükləyə bilərsiniz