
“Space” televiziyasına yeni baş direktorun təyin edildiyi bildirilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Manşet” məlumat yayıb.
İddia olunur ki, “Space” televiziyasının təsisçisinin qərarı ilə baş direktor vəzifəsinə Ayaz Mustafayev gətirilib.
“Ayaz Mustafayev bir az əvvəl televiziyanın rəhbər şəxsləri və redaksiya kollektivi ilə iclas keçirib, müvafiq tapşırıqlar verilib”, - sayt yazır.
Qeyd olunub ki, “Space TV”nin əvvəlki baş direktoru Vado Korovin istefa verərək vəzifəsindən ayrılıb.
Xatırladaq ki, bir neçə gün əvvəl yerli KİV-də sözügedən televiziyanın bağlanacağı ilə bağlı məlumat yayılmışdı.
Tətbiqimizi yükləyə bilərsiniz