
Moskvada 9 May paradında Ukrayna dronları da uça bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski İrəvanda keçirilən Avropa Siyasi Birliyinin sammitində bildirib.
“Rusiya 9 May paradı elan edib, lakin bu paradda hərbi texnika olmayacaq. Əgər bu doğrudursa, uzun illərdən sonra ilk dəfə paradda silah nümayiş etdirə bilməyəcəklər. Ukrayna dronları da bu paradda uça bilər”, - Zelenski qeyd edib.
Zelenski bunu onların artıq əvvəlki qədər güclü olmadığını göstərdiyini əlavə edib.
Qeyd edək ki, daha əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov 9 may paradının əməliyyat vəziyyəti ilə əlaqədar qısaldılmış formatda keçiriləcəyini bildirmişdi. O, ictimai təhlükəsizliyin ən vacib şey olduğunu qeyd etmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz