Ferqyuson xəstəxanaya yerləşdirilib


“Mançester Yunayted”in keçmiş baş məşqçisi Aleks Ferqyuson komandanın “Liverpul”la ev oyunundan əvvəl özünü pis hiss etdiyi üçün xəstəxanaya aparılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti məlumat yayıb.
Bildirilib ki, 84 yaşlı şotlandiyalının ehtiyat tədbiri olaraq xəstəxanaya yerləşdirildiyi güman edilir. Onun tezliklə evə qayıtması gözlənilir. Ferqyuson 2018-ci ildə insult keçirib.
Ferqyuson futbol tarixinin ən çox titul qazanan məşqçilərindən biridir. Şotlandiyalı məşqçi 1986-cı ildən 2013-cü ilə qədər “Mançester Yunayted”ə rəhbərlik edib.

DİGƏR XƏBƏRLƏR

Top