Faktiki hava açıqlandı


Azərbaycanda faktiki hava açıqlanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin axşam və gecə saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli az yağıntılı olub.
“Düşən yağıntının miqdarı Lerikdə 5, Lənkəranda 4, Quba, Astarada 3, Sədərəkdə 2, Naxçıvan, Şahbuz, Culfa, Daşkəsən, Naftalan, Zaqatala, Balakən, Şəki (Kişçay), Qəbələ, Qusar, Xaltan, Şabran, Tərtər, Yardımlıda 1 mm-dək qeydə alınıb.
Mayın 3-də gecə saatlarında Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi arabir 21 m/s-dək güclənib.
Gədəbəy, Göygöl, Naftalan, Şəmkir, Balakən, Qax (Sarıbaş), Zaqatala, Şəki (Kişçay), Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Göyçay, Lerikdə duman müşahidə olunur. Görünüş məsafəsi 500 m-dək məhdudlaşır.
Bakıda və Abşeron yarımadasında 22, Naxçıvan MR-da 27, Aran rayonlarında 24, dağlıq rayonlarda 16 dərəcəyədək isti qeydə alınıb”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top