Ukraynadan Rusiya tankerlərinə qarşı əməliyyat – Video


Rusiyanın kölgə neft donanmasına məxsus iki gəmi Novorossiysk limanının girişindəki sularda vurulub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat yayıb.
O bildirib ki, sözügedən tankerlər neftin daşınması üçün fəal şəkildə istifadə olunub:
“Mən əməliyyata rəhbərlik etdiyinə görə Baş Qərargah rəisi Andriy Xnatova, Ukrayna Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyat zabitlərinə və ardıcıl olaraq səmərəli nəticələr əldə etdiyinə görə Hərbi Dəniz Qüvvələrimizə minnətdaram. Ukraynanın dənizdə, havada və quruda uzaq mənzilli əməliyyatları davam etdiriləcək”.
Prezident əməliyyatın kadrlarını da sosial media hesabında yayıb.

DİGƏR XƏBƏRLƏR

Top