"Reina"ya niyə hücum etdin?" sualına cavabı polisləri dəhşətə gətirdi

"Reina" terrorçusu Maşaripovun hadisə gecəsi hücumu reallaşdırmadan əvvəl "Reina"nın internet saytına girdiyi, "Google Earth" vasitəsi ilə klub haqda bütün xırda detallara qədər araşdırdığı müəyyən edilib. Maşaripovun suallara: "Türkcəni az bilirəm", - deyərək cavab verməkdən yayınmağa çalışması səbəbilə suallar ingilis dilində verilib. Bunlara da cavab verməyincə eyni suallar rus dilində soruşulub və terrorçu sualları cavablandırıb.

"Niyə "Reina"ya hücum etdin?" sualına Maşaripovun: "Onlar kafir olduğu üçün oraya hücum etdim", - dediyi, "Nə üçün qapıdakı polisi öldürdün?" sualına isə: "Əvvəl polis mənə atəş açdı. Onu öldürmədən içəriyə girə bilməzdim", - dediyi öyrənilib.

Terrorçu: "Əvvəllər adını eşitdiyim "Reina"nın qarşısından saat 22 radələrində keçdim. Təhlükəsizlik tədbirlərinin zəif olduğunu gördüyüm üçün buranı uyğun hesab etdiyimi təsdiqləmək üçün Rakkaya bildirdim. Razılıq veriləndə isə qaldığım evdəki silahı və əl bombası sandığım fləşbənqləri götürərək "Reina"ya gəlib planımı reallaşdırdım", - deyib.Milli.az

DİGƏR XƏBƏRLƏR

Top