Evlilik üçün ideal yaş hansıdır?


Əslində “ideal yaş” məfhumu fərdlərdən asılı olaraq dəyişir. Çünki evlənmək üçün müəyyən hazırlıq lazımdır. Başqa sözlə, evlənmək üçün bioloji və psixoloji baxımdan hazır olmaq çox vacibdir. Bu baxımdan evlilik yaşı 18 yaşdan aşağı olmamalıdır. Ancaq evlilik üçün bioloji baxımdan hazır olmaq da kifayət deyil. Çünki 18 yaşında olan, ancaq psixoloji baxımdan evliliyə hazır olmayan çox insan var.
Hər hansı bir fərd istər ailə tərbiyəsi, istər həyat tərzi, istərsə də başqa səbəblərlə evliliyin məsuliyyətini üzərinə götürməyə hazır olmaya bilər. Hətta bu vəziyyətdə evlənsə belə, evlilik həyatında ciddi problemlərlə qarşılaşa bilər. Bütün bunlara əsaslanaraq demək olar ki, bioloji baxımdan evliliyə hazır olmaq qədər psixoloji baxımdan evliliyə hazır olmaq da çox vacibdir. Buna görə də, bir qadın təqribən 20, bir kişi isə təqribən 24 yaşından əvvəl evlənməməlidir.
P. S. Burada ifadə edilən yaşlar ümumidir və təbii ki, istisnalar da ola bilər.

Aygün Vəliyeva

DİGƏR XƏBƏRLƏR

Top