Cevdet Yılmaz Ermənistana gedəcək


Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz mayın 4-də Ermənistanın paytaxtı İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin 8-ci Zirvə toplantısında Türkiyəni təmsil edəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Məlumata görə, “Gələcəyi qurmaq: Avropada birlik və sabitlik” mövzusunda keçiriləcək görüşdə demokratik dayanıqlığı gücləndirmək, əlaqəliliyi inkişaf etdirmək, iqtisadiyyat və enerji təhlükəsizliyini artırmaq sahələrində atılan addımlar qiymətləndiriləcək, eyni zamanda regionda baş verən son hadisələr və qlobal problemlər müzakirə olunacaq.
Qeyd edək ki, Cevdet Yılmazın İrəvana səfəri Türkiyədən Ermənistana bu səviyyədə həyata keçirilən ilk səfər olacaq.

DİGƏR XƏBƏRLƏR

Top