ABŞ Almaniyadan 5000 hərbçisini çıxarır


Pentaqon rəhbəri Pit Heqset Almaniyadan 5000 Amerika hərbçisinin çıxarılmasını əmr edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ müdafiə nazirinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Şon Parnell bildirib.
Onun sözlərinə görə, bu qərar əməliyyatlar teatrının tələbləri və yerdəki vəziyyət nəzərə alınmaqla, Amerika qüvvələrinin Avropadakı mövqeyinin hərtərəfli qiymətləndirilməsindən sonra qəbul edilib.
Parnell qoşunların çıxarılmasının növbəti 6-12 ay ərzində başa çatacağını qeyd edib.
Qeyd edək ki, aprelin 29- da ABŞ prezidenti Donald Tramp ABŞ-ın Almaniyada yerləşən hərbi kontingentini azaltmağı nəzərdən keçirdiyini və tezliklə qərar qəbul edəcəyini bildirib. Aprelin 30-da isə jurnalistlərin suallarını cavablandıran Ağ Ev rəhbəri ABŞ-nin təkcə Almaniyada deyil, həm də İtaliya və İspaniyada qoşun sayını azalda biləcəyini irəli sürüb. Amerika lideri administrasiyanın niyə belə bir addım ata biləcəyini dəqiqləşdirməsə də, bu açıqlama Almaniya kansleri Fridrix Mertsin Vaşinqtonun İrana qarşı hərbi kampaniyasını tənqid etməsindən və ABŞ-nin aydın strategiyasının olmamasını əsas gətirməsindən sonra verilib. Belə ki, aprelin 28-də Tramp Mertsi İranın nüvə silahlarını məqbul hesab etməkdə günahlandırıb.

DİGƏR XƏBƏRLƏR

Top